İcraiyyə Komitəsinin (İK) gözlənilən iclasının vaxtı müəyyinləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, ölkə futbolunun taleyini həll edənlər fevralın sonu və ya martın ilk günlərində bir araya gələcəklər.

 

Toplantının Gəncədə olacağı istisna olunmur.

 

AFFA-ya yaxın mənbədən saytımıza ötürülən məlumata əsasən, İK-nın iclasında qurumun növbəti Hesabat-Seçki Konfransının vaxtı da dəqiqləşəcək. Mənbəmizin sözlərinə inansaq, assosiasiyaya prezidentin seçkisi isə martın son həftəsinə təsadüf edəcək.

 

Qeyd edək ki,İK-nın bu il üçün ilk iclası yanvarın 11-də Gəncədə keçirilməli olsa da, Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə salınmışdı.