"Adil Nağıyev mənə yazmışdı ki, təşəkürlər hər şeyə görə. Amma bilmədim nəyə görə belə elədi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in icraçı-direktoru Fərəc Əlie  deyib.

O, uzun müddətdi futbolçusu olan vitse-kapitan Adil Nağıevin gedişi haqda məlumat aldığını diqqətimizə çatdırıb: "Əslində, bilmədim deyəndə ki, yəqin, yaxşı təklif var deyə gedib. Qalan futbolçularımızın çoxunda da müqavilələri yoxdu axı. 70 faizlə anlaşma başa çatıb. Yalnız Adil barədə bilmişik. Bir tərəfdən hörmət göstərdi kluba, neçə ildi bizdədi. Amma o biri tərəfdən də onun müqaviləsi bitmişdi. Hərəsi kiminləsə danışır, bəlkə kimsə imzalayıb artıq  - onu bilmirik. Əlbəttə, müqaviləai bitərək sərbəst olan futbolu istənilən kluba keçə bilər. Hələ ki Adillə bağlı məlumatımız var. Amma onu saxlmaq istəyirdik. Sadəcə, konkret danışa bilmədik onunla. Belə başa düşdüm ki, daha yaxşı müqavilə şərtləri alaraq başqa kluba gedir".

Xatırladaq ki, mərkəz müdafiəçisi olan 27 yaşlı Nağıyev 2019/20 mövsümündən "Səbail"də çıxış edirdi.

 

 

MEHMAN SÜLEYMANOV