"CBC Sport" Premyer Liqamızda ikinci dövrənin ilk turunun matçlarını canlı yayımlayacaq. Sport24.az xəbər verir ki, turun bu gün olacaq açılış matçını Elnur Məmmədli şərh edəcək. Bu, saat 16:00-da "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Sumqayıt" görüşüdü. Bundan sonra - saat 18:15-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Zirə" qarşılaşmasında Rüstəm Əfsərli şərhçi olacaq. Bu, turun mərkəzi marçı sayılır. 

Sabah saat 16:00-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Qəbələ" görüşündə Ramil Cahangirov iş başında olacaq. 

Tura birigün - oktyabrın 25-də "ASCO Arena"da yekun vuracaq "Səbail" - "Qarabağ" oyununun şərhçisi hələ bilinmir.