Milli Basketbol Assosiasiyasında çıxış edən “Atlanta Houks” baş məşqçisi Neyt Makmillanla yollarını ayırıb. Sport24.az xəbər verir k6. Amerika mətbuatıı buna təcrübəli mütəxəssisin klubun ulduz basketbolçusu Trey Yanqla münaqişəyə girməsinin səbəb olduöunu yazıb.

Yeni baş məşqçi təyin olunanana qədər Corciya klubunu Makmillanın köməkçisi Co Pranti çalışdıracaq. Komandaya isə Kuin Sneyder, Çarlz Li və Keni Atkinsondan birinin dəvət olunacağı gözlənilir.

Xatırladaq ki, “Atlanta” hazırda Şərq Konfransında 8-ci pillədə qərarlaşıb. Komanda bu mövsüm müntəzəm çempionatda keçirdiyi 59 oyunun 29-da qalib gəlib.