Ulduz basketbolçu Nikola Mirotiçin ''Barselona''nı tərk etməsi rəsmən təsdiqini tapıb. Sport24.az xəbər verir ki, ''Milan''a keçəcəyi gözlənilən 32 yaşlı basketbolçu vida paylaşımında 2019-dan bu yana şərəfini qoruduğu ''Barsa'' və bu klubun fanatlarına təşəkkürünü bildirib.
Mirotiçin ayrılığını əslində, sürpriz saymaq olar. Çünki ispaniyalı oyunçu kataloniyalıların lideri sayılırdı və klubla 2025-ə qədər müqaviləsi var idi. O, ən son ''Real''a qarşı İspaniya çempionatının final seriyasının ən dəyərli oyunçusu seçilmişdi.
Bu arada ''Barselona''nın prezidenti Joan Laporta etiraf edib ki, Mirotiç faktiki olaraq futbol komandasında maddi durumun qaydasında olmamasının güdazına gedib: ''Mirotiç həm fantastik oyunçu, həm də çox yaxşı insandı. Bizə bir çox vacib qələbələr qazandırdı. Amma yaranmış vəziyyətlə barışmalıyıq. Futbol komandamızın yeni transferlərini qeydiyyatdan keçirə bilməyimiz üçün La Liqa rəhbərliyinin bizə verdiyi maliyyə planına uyğun hərəkət etməliyik. Həmin plana uyğun olaraq xərclərimizi azaltmağa məcburuq''.