"Gürcüstan güclü və qüvvətli komanda idi. Onlar fiziki olaraq çox iri idilər və bu səbəbdən də bir qədər ləng hərəkət edirdilər. Biz bundan məharətlə istifadə etdik". Sport24.az xəbər verir ki, bunu 16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.
Mütəxəssis Avropa çempionatının C divizionunda Gürcüstan üzərində 97:40 hesablı qələbəni şərh edib. O bildirib ki, düzgün oyun sistemi sayəsində üstün olublar: "Onların hücumlarına qarşı yaxşı müdafiə olunduq. Müdafiə planında çox istəkli idik. Oyundan oyuna artıraraq davam edirik. Məqsədimiz turniri ən yüksək səviyyədə bitirməkdir. Uşaqlar çox motivasiyalıdırlar. Zədəlilərimiz yoxdur. Sabah da qalib gəlib qrup lideri kimi pley-offa adlamaq istəyirik. Ümid edirəm ki, Azərbaycana ən yaxşı şəkildə dönərik. Gürcüstana qalib gəlmək bizim üçün önəmli idi. Çünki bu ölkədə qadın basketbolu inkişaf edib".
Qeyd edək ki, Azərbaycan sabah qrup mərhələsində son oyununu Kiprə qarşı keçirəcək.