Bu gün kişilər arasında basketbol üzrə Avropa çempionatının final oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, həlledici qarşılaşmada Türkiyə millisi ilə Almaniya ilə üz-üzə gələcək. Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq və TRT-1 kanalı ilə canlı yayımlanacaq.
Türkiyə bu gün qələbə qazansa, bu, onların ilk Avropa çempionluği olacaq.
Qeyd edək ki, Türkiyə və Almaniya bunadək 11 dəfə qarşılaşıb. Həmin matçlardan 4-də Türkiyə, 7-də isə Almaniya qələbə qazanıb.