"Gəncə"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 12-ci turunda "NTD-İndiqo"ya qarşı keçirdikləri oyundan sonra matçla bağlı fikirlərini bölüşüb.
Sport24.az xəbər verir ki, o, 80:94 hesabıyla uduzduqları matçı belə şərh edib:
"İkinci dövrənin startında ardıcıl üç güclü rəqib ilə oynadıq. Təəssüf ki, bu oyunlarda uğur qazana bilmədik. Bu gün oynadığımız yaxşı mübarizənin qarşılığını almaq istəyirdik. Amma alınmadı. Evdə yaxşı oynamağımıza baxmayaraq uduzduq. Hücum ribaundları amili yenə əleyhimizə işlədi. Rəqibə 24 belə şans verdik. Bu, böyük bir rəqəmdir. Belə olanda sənin qalib gəlməyin çətinləşir. Rəqib yerli oyunçularından böyük dəstək aldı. Ümid edirəm ki, çalışaraq yaxşı olacağıq. Ruhdan düşməməliyik. Sona qədər mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur".