MBA-nın şərq konfransında çıxış edən ''Şarlott'' draftda seçəcəyi oyunçu ilə bağlı hələ də yekun qərarını verməyib. Sport24.az ''The Ringer'' nəşrinə istinadən xəbər verir ki, ''Hornets'' rəhbərliyi Alabama Universitetinin forvardı Brendon Milleri çox bəyənir və böyük ehtimalla komandaya məhz onu cəlb edəcəklər.
''Şarlott'' 2023-ün draftında 2-ci nömrədədi. Belə güman olunur ki, draftda 1 nömrə ilə fransalı forvard Viktor Venbanyama ''San Antonio''ya qismət olacaq. 3 nömrə ilə isə ''Portlend'' müdafiəçi Skut Hendersonu seçəcək.
Millerə gəlincə, 20 yaşlı istedadlı basketbolçu 206 sm boya malikdi. O, Alabama Universitetində keçirdiyi yeganə mövsümdə orta hesabla hər oyuna 18,8 xal və 8,2 ribaund göstəriciləri ilə oynayıb.
Draft iyunun 22-də baş tutacaq.