Basketbol üzrə Serbiya çempionatında danışılmış oyunlarla bağlı şübhələr var. Sport24.az Serbiya mətbuatına istinadən xəbər verir ki, artıq məsələyə FİBA da qarışıb.

Belə ki, çempionatın bəzi oyunlarında komandaların nəticələrin əvvəlcədən müəyyənləşdirməsi ilə bağlı razılıq əldə etdiyi ilə bağlı məlumatlar dolaşır.

Mənbənin yazdığına görə, şübhəlilər arasında basketbolçularla yanaşı məşqçilər və klub funksionerləri də var. Hazırda kimlərin adının “qara siyahı”da olması ilə bağlı heç bir məlumat verilmir.

Xatırladaq ki, Serbiya çempionatının baş sponsoru “Admiralbet” bukmeyker şirkətidi.