Sabiq MBA ulduzu Şon Kemp həbs olunub. Sport24.az xəbər verir ki, martın 8-də öz şəxsi avtomobilində hərəkət edərkən sabiq basketbolçu ticarət mərkəzlərindən birinin yaxınlığında silahdan istifadə edib.
O, digər avtomobilin sürücüsü ilə mübahisə edib və nəticədə tərəflər bir-birinə güllə atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda Keçp Vaşinqton ştatının Pirs şəhərciyində həbsxanaya salınıb.
Xatırladaq ki, Kemp “Sietl Supersoniks”də keçirdiyi 8 mövsümdə məşhurluq qazanıb. O, MBA-da “Klivlend Kavalyers”, “Portlend Treyl Bleyzers” və “Orlando Mecik”in şərəgini qoruyub. Kemp 6 dəfə “All Star” matçına dəvət alıb.