Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi start götürür. Sport24.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində bir matç baş tutacaq.
Yeganə qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Son çempion "Sabah" "Şəki"ni sınağa çəkəcək.
Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər matçında "Neftçi" ilə "Abşeron" üz-üzə gələcək.