Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 31-ci tur oyununa çıxacaq. Sport24.az xəbər verir ki, komanda səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Hazırda turnir cədvəlində "Fortuna" 48 xalla 6-cı, "Nürnberq" isə 44 xalla 8-cidir. Bu komandalar arasında 2024-cü ilin dekabr ayında keçirilən son oyun 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 20 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini verib. Mahir 2-ci Bundesliqanın son 2 oyununda 3 qol vurub.
Almaniya 2-ci Bundesliqası
22:30. "Fortuna" - "Nürnberq"