Misli Premyer Liqasında 32-ci tur davam edir. Sport24.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək.

 

"Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək. Nominal meydan sahibləri hazırda 28 xalla 9-cu, "qartallar" isə 61 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 

 

Bu gün meydanı qələbə ilə tərk edəcəyi halda Gəncə klubu mövqeyini bir pillə yaxşılaşdıra bilər. Bakıətrafı qəsəbə təmsilçisi isə artıq avrokuboklara vəsiqəni təmin edib.

 

Qeyd edək ki, oyunun start fiti saat 19:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

19:00. "Kəpəz" - "Zirə" 0:1

Qol: Salifu Suma, 64

"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov , 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 11. Trent Buhagiar, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev

 

Baş məşqçi: Azər Bağırov

 

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma

 

Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 93. Yelmar Aşurov, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz. Şəhər stadionu.