"Beşiktaş" Türkiyə Super Liqasında "Hatayspor"u məğlub edib – 5:1. Sport24.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Çiro İmmobile matçda üç qol vurub.
İtaliyalı forvard karyerasında 3 il sonra het-trikə imza atıb.
İmmobile sonuncu dəfə "Latsio"da çıxış edən zaman 2022-ci ildə "Cenoa" ilə matçda üç qol vurmuşdu.
Forvard bu mövsüm 37 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.