"Çelsi" Dortmund "Borussiya"sının cinah oyunçusu Ceymi Qittensin nümayəndələri ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, "zadəganlar" onun xidmətindən yararlanmaq istəyir.

 

"Mavilər" cinah oyunçusuna 6-7 milyon avro maaş təklif etməyə hazırdır ki, bu onun "Borussiya"dakı indiki 3 milyon avrosundan xeyli çoxdur. Əgər "Çelsi" 50-60 milyon avroluq təklif göndərərsə, Dortmund təmsilçisi danışıqlara açıq olacaq.

 

Sözləşməsi 2028-ci ilə qədər olan Qittens "Borussiya"ya keçəndən bəri 102 peşəkar oyuna çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.