Almaniya millisinin və "Bayer"in sabiq hücumçusu Kevin Follandın yeni ünvanı məlum olub. Sport24.az xəbər verir ki, 32 yaşlı futbolçu III Liqa klubu "Münhen 1860″a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Follan daha əvvəl "Monako", "Bayer", "Yunion" kimi klublarda çıxış edib. O, Almaniya yığmasında 15 oyunda 1 qol vurub.