"Fənərbaxça" Türkiyə Super Liqasının 33-cü turu çərçivəsində səfərdə "Qaziantep"in qonağı olacaq. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

 

Allan Sen-Maksimin, Sofian AMrabar və Mert Müldür zədəlidir. Mert Hakan Yandaş isə isfeksiya yoluxduğu üçün xəstəxanada müalicə olunur.

 

Qeyd edək ki, "Qaziantep" - "Fənərbaxça" qarşılaşması bu gün saat 20:00-da baş tutacaq.