İspaniya Futbol Federasiyası (RFEF) "Cadena SER"ə təsdiqləyib ki, "Real" və "Barselona" klubları arasında keçiriləcək Kral Kuboku finalında hakimlərin dəyişdirilməsi ehtimalı yoxdur. Sport24.az xəbər verir ki, Madrid klubunun mətbuat konfransında verdiyi son açıqlamalardan sonra hakimlər Rikardo de Burqos Benqoetxea və Pablo Qonzales Fuertesin dəyişdirilməsi tələbinə baxmayaraq, bu mövqe qəti olaraq qalır.
Həmin görüntüdə hər iki hakim aldıqları tənqidlərə, xüsusən də "Real" Televiziyasının yayımladığı videolara görə məyus olduqlarını bildirdilər.
RFEF-in hakimləri dəyişməkdən imtina etməsi Madrid klubu ilə futbol qurumu arasında gərginliyi daha da gücləndirib.
"Barselona" – "Real" matçı aprelin 27-si saat 00:00-da keçiriləcək.