"Sabah" 3 basketbolçusu ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədovla danışıqları müsbət yekunlaşdırıb.

 

Yığma üzvləri 2024/2025 mövsümdə də Bakı təmsilçisinin şərəfini qoruyacaqlar.

 

Qeyd edək ki, "Sabah" yeni mövsümdə Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq.