Gələn mövsüm basketbol üzrə Rusiya çempionatında türkiyəli mütəxəssis də çalışacaq. Sport24.a xəbər verir ki, söhbət Ərtuğrul Ərdoğandan gedir.

54 yaşlı məşqçi ''Runa''nın başına keçib. Tərəflər ikiillik anlaşma əldə ediblər. ''Runa'' Moskvanı təmsil edən və 2017-ci ildə qurulan yeni komandadı. Bu kollektiv gələn mövsüm tarixində ilk dəfə elitada oynayacaq.

Ərdoğana gəlincə, o, məşqçi karyerasının əvvəllərində uzun illər ''Fənərbaxça'' və Türkiyə yığmasının məşqçilər korpusuna daxil olub. Müstəqil məşqçi kimi ''Türk Telekom'', ''İstanbul BB'' və ''Qalatasaray''ı çalışdırıb. Ərdoğanın sonuncu iş yeri Polşa idi. O, ötən mövsümün gedişində ''Şlensk''in başına keçmişdi. Təcrübəli mütəxəssis çətin vəziyyətdə olan klubu dirçəldərək pley-offun finalına qədər daşıya bilmişdi. Amma həlledici seriyada ''Şeçin'' 4:2 üstün olduğundan ''Şlensk'' yalnız gümüş medallarla kifayətlənməli olmuşdu. Bu yaxınlarda isə Ərdoğan Polşadan ayrılmağa üstünlük vermişdi. '

"Runa''ya gəlincə, son 3 ildə komandanı çalışdıran Oleq Bartunov bu yaxınlarda istefaya göndərilmişdi.