“Qolden Steyt”in prezidenti Bob Mayersin gedişindən sonra MBA-da daha bir istefa reallaşıb. Sport24.az xəbər verir ku, bu dəfə “Nyuk-York Niks” komandasının baş meneceri Skot Perri vəzifəsini tərk edəcək.

Klub rəhbərliyi onunla müqaviləyə xitam vermək qərarına gəlib.

Perri 2017-ci ildə bu klubla 4 illik müqavilə imzalamışdı. Ötən il onun sözləşməsi daha iki il müddətinə yenilənsə də, komandanın ümidləri doğrultmaması vəziyyəti dəyişib. Hərçənd Skott MBA-nın ən varlı komandasının uğurlu seleksiya işində böyük rol oynayıb. Məhz onun rəhbərliyi dövründə Ar Cey Barret və Mitçell Robinson kimi perspektivli oyunçular draft edilmiş, Ceylon Branson və Culius Rendl kimi yüksək səviyyəli basketbolçularla müqavilə imzalanmşdı.

Qeyd edək ki, cari mövsüm “Nyu-York” Şərq konfransının yarımfinalında “Mayami”yə məğlub olmuşdu.