"San Antonio'' ilə müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatan və artıq azad statusda olan Qreqq Popoviçin gələcək taleyi maraq doğurur. Sport24.az xəbər ki, klubda ümid edirlər ki, əfsanəvi mütəxəssis bu vəzifədə hələ ən azı bir il də qalacaq.

Hətta super istedad Viktor Vembanyamanın draftın 1 nömrəsi ilə ''San Antonio''ya gəlməsi Popoviçin bu klubda daha uzun illər qalmasına səbəb ola bilər.

1996-cı ildən bu klubun başında olan, ''San Antonio''ya 5 çempionluq qazandıran və MBA-da XXI əsrin ən yaxşı klublarından birinə çevirən 74 yaşlı mütəxəssisə üçillik yeni müqavilə təklif olunub. Anlaşma əldə olunsa, Popoviç ilə 14 milyon dollar qazanacaq.

Bununla da o, ''Detroyt''un çalışdırıcısı Monti Uilyamsı geridə qoyaraq MBA-nın ən çox qazanan məşqçisinə çevrilə bilər.