Ötən illərin əfsanəvi basketbolçusu Toni Parker Fransanın “Lion Villerban” klubunun özünə aid olan səhmlərini satmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, “San Antonio” ilə 4 dəfə MBA çempionu olan sabiq fransalı basketbolçu artıq özünə müştəri də tapıb.

Fransa mətbuatının məlumatına görə, Parker “Lion Villerban” klubunun sponsorlarından olan “Smart Good Things” şirkətinin prezidenti ilə anlaşıb. Amma sövdələşmənin detalları ilə bağlı hələ heç bir məlumat yoxdu.

Xatırladaq ki, Parker 2014-cü ildən bəri Avroliqada çıxış edən “Lion Villerban”ın səhmdarlarından biridi.