Basketbolun Şöhrətlər Zalının üzvü, Avroliqanın ikiqat qalibi və ''Boston''un sabiq basketbolçusu Dino Radja ''Denver''in ulduzu Nikola Yokiç haqda fikirlərini bölqşüb. Sport24.az xəbər verir ki, hazırda ABŞ-da hər kəs, hətta əfsanələr də serbiyalıya təriflər yağdırır.
Amma 56 yaşlı xorvatiyalı Radja fərqli açıqlama verib: ''Sözsüz ki, Yokiç əla oyunçudu. Onun basketbol intellektinə söz ola bilməz. Kənardan onun oyununu izləmək insana zövq verir. Amma onu bütün dövrlərin ən yaxşıları sırasına salmaq düzgün deyil. Ümumiyyətlə, belə siyahının tərtib olunmasının əleyhinəyəm. Çünki fərqli dövrlərin oyunçularını müqayisə etmək düzgün deyil. MBA ildən ilə inkişaf edir. Bu inkişafın tempinə uyğun olaraq hər dövrün öz qaydaları olub''.
Xatırladaq ki, Yokiçli ''Denver'' bu mövsüm tarixində ilk dəfə MBA çempionluğunu qazanıb. Nikola isə ''Mayami''yə qarşı final seriyasının ən dəyərli oyunçusu seçilib.