PSJ-nin məhşur forvardı Neymar ən çox bəyəndiyi basketbolçuların adlarını sadalayıb. Sport24.az xəbər verir ku, ''NBA Brasil'' adlı ''yutub'' kanalının əməkdaşı ondan ən yaxşı ''5-liy''i açıqlamağı xahiş etsə də, ulduz futbolçu 6 basketbolçunun adını çəkib: ''Maykl Cordan, Kobi Brayant, Şakil O' Nil, Lebron Ceyms, Stefen Karri və Cimmi Batler. Deyəsən, 6 oyunçunu qeyd etdim. Amma Batler mütləq bu siyahıda olmalıdı. Çünki əsil tarix yazır''.
Bu mövsüm Batler həqiqətən də oyunu ilə diqqət çəksə də, ''Mayami''ni çempion edə bilmədi və ''Denver''li Nikola Yokiçin kölgəsində qaldı.
Neymar özü də final seriyasının bəzi oyunlarını canlı izləmişdi. 4-cü oyunda o hətta irlandiyalı qaydasız döyüşçü Konor Makqreqorla da görüşmüşdü.