İyunun 23-nə keçən gecə NBA-nın pley-off final seriyasının 7-ci oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Oklahoma Citi Tander"  "İndiana Peysers"i  103:91 hesabı ilə məğlub edib.

 

Qalib komandanın heyətində Şey Gildjes-Aleksader 29 xal və 12 ötürmə ilə oyunun ən məhsuldar oyunçusu olub.

 

Seriyada  4-3 hesabı ilə önə çıxan "Oklahoma Citi" bununla da ikinci çempionluğunu qazanıb.