Bu yaxınlarda MBA-da çıxış edən “Miluoki Baks”ın baş məşqçisi təyin olunan Edrian Qriffin məişət zorakılığında ittiham olunur. Sport24.az xəbər verir ki, onun sabiq həyat yoldaşı Odri Qriffin 2020-ci ildə hamiılə olarkan Edrian tərəfindən döyüldüyünü iddia edib.

Həmin vaxt Qriffin “Toronto Raptors”da köməkçi məşqçi kimi çalışırdı. Edrian bu ittihamı rədd edib.

Xatırladaq ki, bu günə qədər MBA-da 3 oyunçu və ya məşqçi məişət zorakılığında ittiham olunub. “Portlend”də çıxış edərkən Çonsi Billaps zorlamada, 2001-ci ildə “Leykers”li Ceyson Kiddlə 2009-cu ildə “Boston”un indiki məşqçisi Co Mazzulla qadınlara qarşı güc tətbiq etdiyinə görə günahlandırılmışdı. Hətta Mazzulla buna görə həbs də olunmuşdu.