Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi ilk dəfə həlledici mərhələyə qatılacaq.

 

Şanxayda baş tutacaq mərhələdə komandamız B qrupunda mübarizə aparacaq. Basketbolçularımız Kanada və Niderlandın U-25 milliləri, həmçinin Rumıniyanın "Rapid" klubu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, yarışda qrup qalibləri yarımfinala yüksələcək, 2-3-cü yerlərin sahibləri 1/4 finalda çıxış edəcəklər. Final mərhələsi sabah başa çatacaq.

 

Dünya Qadın Seriyası
Final mərhələsi
13 sentyabr

11:25. Kanada – Azərbaycan
13:25. Azərbaycan – Niderland U-25
16:55. "Rapid" – Azərbaycan