Zinəddin Zidan Fransa millisinə baş məşqçi təyin olunması ilə bağlı yerli federasiya ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Zidan DÇ-2026-dan sonra Didye Deşamı əvəz edəcək.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə "Real"ın "sükanı arxasında" olub. Madrid klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının qalibi olub. İki dəfə isə İspaniya Superkubokunu qazanıb.