"Sumqayıt" ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tayris Devis ötən il Avstraliyada "Willeton Tigers" komandasında oynayıb.