"Quba" heyətinə yeni basketbolçu qatıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Kristian Kuns komandaya transfer olunub.
Legioner daha əvvəl ölkəsində "Bransuik Komuniti Kolleci", "Çovan Universiteti", "Georgia Southvestern Universiteti" və "Bemidji Dövlət Universiteti"nin şərəfini qoruyub.