Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-də (EBSL) növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, millimiz turnirin yarımfinalında Rumıniya yığması ilə qarşılaşıb.

 

İtaliyanın Viareccio şəhərində təşkil olunan görüş rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Millimizin heyətində Sahib Məmmədov iki, Comərd Baxşəliyev bir vurub.

 

Azərbaycan millisi 3-cü yer uğrunda sentyabrın 14-də Qazaxıstan yığması ilə qarşılaşacaq.