Misli Premyer Liqasının IV turunda "İmişli" komandasına texniki məğlubiyyət veriləcək. Belə ki, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub.
İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.
Məlumatı Sport24.az-a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təsdiq edib.
Qarşılaşmanın əsas vaxtı "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.