Sentyabrın 15-16-da Qazaxıstanda "Türküstan kuboku" beynəlxalq avarçəkmə yarışı keçiriləcək. Sport24.az xəbər verir ki, Türküstan şəhərində təşkil olunacaq reqataya 3 idmançımız qatılacaq.
Azər İlyasov, Cahangir Məmmədli və Nurlan Paşayev Sırdərya çayında çempionluq uğrunda yarışacaq.
Qeyd edək ki, hər üç idmançımız akademik avarçəkmə növündə mübarizə aparacaq.