Türkiyə Superliqasının 5-ci turunun "Fənərbaxça" – "Trabzonspor" oyununun saatı dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Görüş əvvvəlcədən tutulduğu kimi sabah saat 21:00-da deyil, 20:00-da start götürəcək.

 

Bildirilib ki, matçın saatı Türkiyənin basketbol millisinin Avropa çempionatındakı Almaniya ilə final oyununun 21:00-da olması səbəbindən dəyişib.