"Beşiktaş" futbolçusunu icarəyə göndərib. Sport24.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.

 

Portuqaliyalı yarımmüdafiəçi Afina klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq.

 

32 yaşlı futbolçunun "Beşiktaş"la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

 

Portuqaliya millisinin sabiq üzvü "Sportinq", "İnter", "Vest Hem", "Lokomotiv"(Moskva) komandalarında da çıxış edib.