Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirinin yarımfinaldakı rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalına yüksələn millimiz Macarıstanla qarşılaşacaq.

 

B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli sabah baş tutacaq. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni ələ keçirmək üçün bu matçların ikisində qalib gəlməlidir.

 

Qeyd edək ki, milli sabah saat 11:30-da yarımfinal sınağına çıxacaq. Digər yarımfinalda Niderlandla A qrupunun ikincisi Polşa görüşəcək. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.