"Fənərbaxça"dan 45 milyon avroluq transfer
Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi "Marsel"də çıxış edən Meyson Qrinvudun keçidini həll edib.
Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Fənərbaxça" ingiltərəli vinger üçün 45 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu İstanbul nəhəngi ilə 4+1 illik müqavilə imzalayacaq. Onun illik maaşı 11 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində iki mövsüm ərzində meydana çıxdığı 81 rəsmi matçda 45 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.