"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk matçını keçirib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə üz-üzə gəlib.

 

Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında TNS-nın baş məşqçisi Qreyq Harrison oyun haqda fikirlərini bildirib:

 

"Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq".

 

- Birinci hissədə daha aktiv görünürdünüz. İkinci hissədə meydanda görünmürdünüz. Bunu nə ilə əlaqələndirirsiniz?

- İlk hissədə güc sərf etdik. Hücuma meyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik. 

 

- Növbəti mərhələyə vəsiqə qazanacağınıza ümidiniz var?

- Bəli, ümidimiz var. 

- Birinci qoldan sonra qapıçınız vaxtı uzatmağa çalışırdı...

 

- Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, "Sabah"a qarşı da bu uğurlu nəticəni qazanacağıq.