Azərbaycanın U-20 qızlardan ibarət basketbol millisi FIBA U-20 Qadınlar arasında Avropa çempionatında iştirak etmək üçün Bolqarıstanın Samokov şəhərinə yollanıb. Sport24.az xəbər verir ki, yığmamız tarixində ilk dəfə bu yaş qrupu üzrə qitə birinciliyində mübarizə aparacaq.

 

İyulun 4-dən 12-dək keçiriləcək çempionatda Azərbaycan basketbolçuları Avropanın müxtəlif ölkələrindən olan rəqiblərlə qarşılaşacaq.