"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Fərid Namazov çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.
Fərid Namazov "İmişli" ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, "İmişli" Jorj Kaşkilya ilə yollarını ayırıb.