Son illər yüksəlişi ilə diqqət çəkən, bu mövsüm isə liderliyi sayəsində “Denver Naqqets”i MBA finalına daşıyan Nikola Yokiç basketbola münasibətindən danışıb. Sport24.az xəbər verir ki, serbiyalı ulduz basketbolçu bu idman növünü həyatda hər şeydən üstün saymır: “Əvvəllər də bilirdim ki, basketbol həyatımın ən vacib hissəsi deyil. Bu, heç vaxt belə olmayacaq. Doğrusu, bu yanaşma tərzimi bəyənirəm. Çünki evimdə basketboldan da vacib olanlar var. Bunun belə olduğunu bilirdim, qızım doğulandan sonra bir daha əmin oldum. Övladım dünyaya gəldikdən sonra daha da sakitləşdim. Bu, mənə uğursuz günlərdə daha çox kömək edir. Evə gəlirəm və hər şey yaxşı olur. Bundan vacib nə ola bilər ki?”

Xatırladaq ki, bu mövsüm Yokiç keçirdiyi 84 oyunda orta hesabla 25,5 xal, 12,1 ribaund və 9,9 məhsuldar ötürmə ilə yadda qalıb.