Türkiyənin basketbol üzrə çempionatına yekun vurulub. Sport24.az xəbər verir ki, final seriyasında ''Pınar Karşıyaka''nı 3:0 məğlub edən ''Anadolu Efes'' son 5 ildə 3-cü, tarixində 16-cı dəfə çempion ollib.
B arada MBA-nın ulduzlarından biri, ''Boston''un üzvü Ceyson Teytum hazırda ''Anadolu Efes''in şərəfini qoruyan Şeyn Larkini zarafatcıl şəkildə təbrik edib. Teytum sosial şəbəkədə bunları yazıb: ''Bir az sakitləş. İmkan ver başqaları da bir şey qazansın''.
Larkin isə ona belə cavab verib: ''Səsli güldüm... Hələ dördüncünü də qazanmaq istəyirəm. Amma sən hələ də gülürsən. Səni sevirəm qardaşım''.
Qeyd edək ki, bu ikilinin yolu daha öncə 2017/18-də ''Boston''da kəsişib. 30 yaşlı Larkin MBA-da ''Boston''dan başqa ''Dallas'', ''Nyu York'' və ''Bruklin''də də çıxış edib. 2018-dən ''Anadolu Efes''in uğurları üçün tər tökən və artıq klubun əfsanəsi sayılan Larkin 3 dəfə Türkiyə çempionatının, 2 dəfə Avroliqanın qalibi olub. Larkin eyni zamanda Türkiyə yığmasının da şərəfini qoruyur.