Konor Makqreqor tərəfindən zorlandığı iddia edilən xanımın vəkili diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir ki, tanınmış irlandiyalı qaydasız döyüşçü, 2 çəkidə sabiq çempion Makqreqor iyunun 9-da ''Mayami'' ilə ''Denver'' arasında MBA-nın final seriyasının matçını izləməyə gəlmişdi.

Onun məhz həmin oyunun gedişində tualetdə adı açıqlanmayan xanımı zorladığı bildirilir.

Xanımın vəkili bunları deyib: ''Hadisə baş verən zaman tualetin qarşısında dayanıb ora heç kimi buraxmayan cangüdənlərin heç də hamısı Konorun cangüdənləri deyildi. Onların bəziləri ''Mayami'' rəhbərliyi tərəfindən tutulmuşdu. Onlar gücsüz və çarəsiz bir xanıma yardım etmək əvəzinə, məhşur və güclünün tərəfində durmağa üstünlük verdilər. MBA rəhbərliyini də anlamıram. Onlar məsələnin birdəfəlik bağlanması üçün zərərçəkmiş xanıma 100 min dollar təklif ediblər''.