Ötənlərin məhşur basketbolçusu, ''Filadelfiya'', ''Denver'', ''Detroyt'' və ''Beşiktaş''ın sabiq üzvü Allen Ayverson məhşur epizod haqda danışıb. Sport24.az xəbər verir ki, 2001-ci ildə MBA-nın finalında ''Filadelfiya'' ilə ''Los Anceles Leykers'' qarşılaşmışdı. Ayverson bir addım geri çəkilərək topu səbətə göndərdikdən sonra ''Leykers''in müdafiəçisi Tayron Lyu parketə yıxılmışdı.

Ayverson isə rəqibinin üzərindən addım ataraq keçmiş və müdafiəyə qayıtmışdı. Bu epizod MBA-da unudulmazlar arasına düşmüşdü.

Ayversonun sözlərinə görə, həmin an nə hisslər keçirdiyini bilmir: "Sadəcə yadımdadı ki, Tayron düz qarşımda yıxıldı. Nə üçün onun üzərindən addım atmaq qərarına gəldiyimi özüm də bilmirəm. Sadəcə, ani olaraq beynimə bu fikir gəldi və bunu etmək qərarına gəldim''.