Basketbol üzrə ABŞ millisinin sabiq üzvü Karl Meloun 1992-ci ildə bu komandanın Litva yığması ilə Olimpiadanın yarımfinal oyununda meydana çıxan komanda yoldaşlarının forma və idman ayaqqabılarını hərracda satıb. Sport24.az xəbər verir ki, nəticədə Maykl Cordanın maykası 3,03 milyon, idman ayaqqabısı isə 420 min dollara satılıb.

Digər oyunçuların da formaları satılıb: Larri Börd (360 min), Mecik Conson (336 min), Çarlz Barkli (230,4 min) Devid Robinson (116,4 min), Klayd Dreksler (91,2), Skotti Pippen (80,4 min), Karl Meloun (58,8 min), Con Stokton (55,2 min), Patrik Yuinq (39,6 min), Kristian Lettner (37,2 min).

Beləliklə, Cordanın forması Olimpiadalar tarixinin ən dəyərli idman geyimi kimi tarixə düşüb.