Məhşur idman eksperti Nik Rayt Maykl Cordanın ''Şarlott''un sahibi kimi uğur qazana bilməməsinin onun nüfuzuna zərbə vurduğunu hesab edir. Sport24.az xəbər verir ki, əfsanəvi basketbolçu 2010-cu ildə ''Şarlott''un majoritar səhmlərini 275 milyon dollara almışdı.

Hazırda isə Cordan həmin səhmləri Qeyb Plotkin və Rikk Şnellə 3 milyard dollara satmağa hazırlaşır. Rayt vurğulayıb ki, həyatı boyu hər dəfə Maykl Cordan haqda söhbət düşəndə ''tarixin ən yaxşısı'' ifadəsini eşidib: "Bununla yanaşı onun idman ayaqqabılarından, keçəl olmağın əlavə üstünlük verməsindən, ''Jumpman'' loqotipindən, marketinqdən də danışıblar. Bütün bunlar tarixin bir parçasıdı. Cordanın sehri ondadı ki, kimsə, hətta ondan daha oynasa belə, bütün bunlara sahib olmayacaq. Sözsüz ki, o, ''Şarlott''un başında uğurlar qazana bilsəydi, hamı yenə onun tarixin ən yaxşı olmasından danışacaqdı. Hamı deyəcəkdi ki, Cordanın əlinin dəydiyi hər şey qızıla çevrilir. Amma basketbol aspektindən baxanda Cordan MBA-da son 15 ilin ən uğursuz komanda sahibidi. Hər halda bu məqam istər-istəməz onun nüfuzuna təsir edir. Yəni o, əlini vurduğu şey heç də həmişə qızıla çevrilmir''.