Hazırda MBA-nın ən güclü basketbolçularından biri kimi təqdim olunan “Miluoki Baks”ın lideri Yannis Adetokunbo Lebron Ceymsin xal hesabında liqa rekordçusu olmasına münasibət bildirib. Sport24.az xəbər verir ki  “All Star” həftəsində Ceymslə görüşən yunanıstanlı basketbolçu ona “tərif yağdırıb”: “Sən uzun illər belə yüksək səviyyəli oyun sərgiləyirsən. Həmişə sənin fanatın olmuşam. Məhsuldarlıq rekordunu yenilədiyinə görə səni təbrik edirəm. Meydançada gördüyün işi yüksək qiymət qiymətləndirirəm. MBA-da yeni cığır açdın. İndi hər bir oyunçu sənin arxanca bu cığırla irəliləyə bilər. Sənə çox böyük hörmətim var, Lebron!”.

Xatırladaq ki, bazar günü Solt-Leyk Sitidə keçiriləcək “All Star” matçında Ceymslə Adetokunbo öz komandalarının kapitanı olacaq.