Məşhur MBA ulduzu Lebron Ceyms sosial şəbəkələrdə maraqlı bir paylaşım edib. Sport24.az xəbər verir ki, o, telefona puldan zəng gəlməsiylə bağlı şəkil paylaşıb və bunu yazıb: “Bağışlayın, bu zəngə cavab verməliyəm”.

Xatırladaq ki, hazırda “Los-Anceles Leykers”də oynayan ulduz basketbolçu qarşıdakı iki mövsümdə də bu komandanın şərəfini qoruyacaq. Amma Qərb Konfransının finalında “Denver Naqqets”ə məğlubiyyətdən sonra Ceyms karyerasını bitirə biləcəyini söyləmişdi.